UEFA-dan “Qarabağ”la bağlı qərar- - "Hakimlər cəzalanacaq"

uefa-dan-qarabagla-bagli-qerar-
Oxunma sayı: 2186


“Qafqazinfo” klubun saytına istinadən xəbər verir ki, qitə futbol qurumu 0:0 hesabı ilə başa çatan görüşün son dəqiqələrində vurulan qolun hesaba alınmamağı ilə bağlı iradını bildirən Ağdam təmsilçisinin haqlı olduğu qənaətinə gəlib.

UEFA Miroslav Zelinkanın başçılıq etdiyi hakimlər briqadasının təmiz qolu qeyd almamaqla, səhvə yol verdiyini etiraf edib. Bu üzdən də “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəlin matçın yenidən keçirilməsi və ya nəticənin dəyişdirilməsinin mümkünsüzlüyü fonunda çexiyalı hakimlərin cəzalandırılması tələbi  haqlı irad kimi dəyərləndirilib.

Gözlənildiyi kimi, oyun yenidən keçirilməsi haqqında qərar qəbul olunmayıb. Amma UEFA-nın baş tutan iclasında qəbul olunan qərarda hakimin oyunda fərdi xətaya yol verdiyi öz əksini tapıb. Qurum “Qarabağ” nə qədər təmiz qol vursa da, hakim qərarıyla əngəllənməsi, həmin epizodda qaydalarının pozuntusunun olmaması fikri ilə tam razılaşıb. Sonda belə kobud səhvə yol verən çexiyalı hakimin cəzalandırılacağı vurğulanıb.

 Lakin UEFA rəsmiləri hakimlərlə bağlı qərarın nə vaxt veriləcəyini açıqlamayıb. Çexiyalını gözləyən hər hansı cəzanın müddəti ilə bağlı də hər hansı açıqlama verilməyib.