UEFA-dan Şahruddinin klubuna avrokubok qadağası

uefa-dan-sahruddinin-klubuna-avrokubok-qadagasi
Oxunma sayı: 2022

UEFA Azərbaycan millisinin üzvü Şahruddin Məhəmmədəliyevin də formasını geyindiyi “Adana Demirspor”a 1 mövsümlük avrokubok qadağası qoyub.

“Qafqazinfo” qurumun saytına istinadən xəbər verir ki, buna Adana təmsilçisinin 90 gündən çox gecikmiş və ödənməmiş borcları səbəb olub. Klub qarşıdakı üç mövsümdə (2024/25, 2025/26 və 2026/27) avrokuboklara vəsiqə qazanacağı təqdirdə, UEFA-nın  klub yarışında iştirak edə bilməyəcək.

Qeyd edək ki, “Adana Demirspor” bundan öncə eyni səbəbdən transfer qadağası ilə də üzləşib.