UEFA-dan Simeoneyə ağır cəza

uefa-dan-simeoneye-agir-ceza
Oxunma sayı: 2193

UEFA İntizam Komitəsi "Atletiko"nun baş məşqçisi Dieqo Simeonenin cəzasını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki,  argentinalı mütəxəssis Avropa Liqasının yarımfinalında "Arsenal"la ilk matçda hakimi təhqir etməsi səbəbindən 4 oyunluq cəza alıb. Çalışdırıcı 10 min avro məbləğində cərimələnib.

Beləliklə, Simeone Avropa Liqasının finalında "Marsel"la matçda texniki zonada olmayacaq.