UEFA-dan Stuxlikə 2 təyinat

uefa-dan-stuxlike-2-teyinat
Oxunma sayı: 1059

AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Stuxlik təyinat alıb. “Qafqazinfo” xəbər verir ki, o, Avropa Liqasının I təsnifat mərhələsinin iki oyununda iş başında olacaq.

İyulun 11-də Şotlandiyanın Aberdin şəhərindəki “Pittodrie” stadionunda keçiriləcək “Aberdin” (Şotlandiya) – “Rovanyemi” (Finlandiya) və iyulun 18-də Polşanın Krakov şəhərindəki “Krakov” stadionunda baş tutacaq “Krakovya” (Polşa) – “Dunajska Streda” (Slovakiya) qarşılaşmasının hakim-inspektoru Fritz Stuxlik olacaq.