UEFA-dan xəbərdarlıq - Avrokuboklardan uzaqlaşdırılacaqlar

uefa-dan-xeberdarliq
Oxunma sayı: 637

UEFA-nın prezidenti Aleksander Ceferin Serbiya klublarına xəbərdarlıq edib.

“Qafqazinfo” xəbər verir ki, buna səbəb ölkə klublarının azarkeşlərinin xuliqanlıq etməsidir.

Qitənin ali futbol qurumunun rəhbərinin fikrinə görə, fanatlar ölkə daxilində yaşayanan azarkeş qalmaqallarına son verməlidir. Bu baş verməyəcəyi halda Serbiya klubları avrokuboklardan uzaqlaşdırıla bilər.