- “Bakı” ilə matçda 3 xalı 4 qolla qazandınız. Bu matç haqqında nə deyə bilərsiniz?
- Oyunun nəticəsindən narazı qala bilmərik. Lazım olan kimi oynadıq və 3 xalı qazandıq. Qış fasiləsindən sonra ilk oyunda qalib gəlmək vacib idi. Oyunlarımızı belə davam etdirməliyik. Qazanılan hər xal çempionluq yolunda irəli atılmış addım olacaq.
- Qış fasiləsindən sonra ilk matçda 4:1 hesablı qələbə gözlənilən idi?
- Fikrimcə, biz daha yaxşı hazırlaşmışdıq. Keçən həftə də komandalar oynadılar amma biz istirahətdə olduq. Deyərdim ki, istədiyimizi edə bildik. Neçə qol vurmağımızın önəmi yoxdur. Əsas olan 3 xaldır.
- “Xəzər Lənkəran”ın da gənclərə üstünlük verməsi ilə çempionatda iddialı komandaların sayı azaldı. Kimləri birincilik uğrunda sona qədər mübarizə apara biləcək?
- “Qarabağ”, “İnter”, “Neftçi” ilk “3-lük”dədir. “Qəbələ”, “Simurq” və AZAL-ı da siyahıdan silmək olmaz. Ümumiyyətlə çempionatın bun dan sonra da maraqlı olacağını düşünürəm. Sona qədər bütün komandalar avrokuboklara vəsiqə qazanmaq üçün və çempionluq üçün oynayacağına əminəm.
- “Bakı”dan sonra Lənkəran klubunun da bu duruma düşməsi Premyer Liqada marağı azaldacaq?
- Əlbəttə, təsir edəcək. Çünki çempionatın “Bakı”nın da, “Xəzər Lənkəran”ın da əvvəlki durumuna qayıtmasına ehtiyacı var. Hər şey düşünürəm ki, yaxşı olacaq. Bir az gözləmək lazımdır. Bu komandaların güclənəcəyinə ümid edirəm.
- 4 gün öncə UEFA “Qarabağ” – “İnter” oyunu ilə bağlı sizin şikayətinizi rədd etdi. Qitə futbol qurumundan fərqli qərar gözləyirdiniz?
- Yox, UEFA-dan onsuz da heç nə gözləmirdim. Heç düşünmürdüm ki, onlar xüsusi nəsə addım atalar. Amma bildiyimə görə apelyasiya şikayəti veriləcək. Biz gözləməliyik. İnanıram ki, haqq-ədalət öz yerini tapacaq.
- Ümidin var?
- Sadəcə gözləyirəm.Nə olacağını birlikdə görəcəyik.
Elsevər
Son xəbərlər
Son Xəbərlər