“Qafqazinfo” komanda.az-a istinadən xəbər verir ki, gürcü azarkeşlər həmin oyunda Azərbaycanın ərazi bütövlüyü əleyhinə bannerlər açmışdılar.
Avropanın ali futbol qurumunun İntizam Komitəsi gürcü azarkeşlərin bu hərəkətinə görə, "Dinamo"nun növbəti avrokubok oyununda bannerlərin asıldığı şimal sektoruna bilet satışını (16-cı sektor) qadağan edib. Əlavə olaraq, Tbilisi təmsilçisi 20 min avro məbləğində cərimə olunub.
Xatırladaq ki, bu komandaların Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki mübarizəsində mərhələni təmsilçimiz "Qəbələ" keçmişdi (1:2, 2:0).
Son xəbərlər
Son Xəbərlər