UEFA ingilis klubunu “vurdu”

uefa-ingilis-klubunu-vurdu
Oxunma sayı: 1063


 “Qafqazinfo” xəbər verir ki, “Mançester Siti” UEFA Maliyyə Fair–Play qaydalarına əməl etmədiyi üçün 60 milyon avro cərimə ödəyəcək.  Bu cərimə ilə yanaşı, “Siti” yeni mövsümdə Çempionlar Liqasına 23 futbolçu əvəzinə, 21 futbolçu ilə qatılmalı olacaq. UEFA-nı bərk əsəbiləşdirən ingilis klubu yayda maksimum 60 milyon avroluq transferlər edə biləcək.

 Xatırladaq ki, “Mançester Siti” cari mövsümdə İngiltərə Premyer Liqasını çempion kimi başa vurub.

İqbal