UEFA Millətlər Liqasını təxirə sala bilər

uefa-milletler-liqasini-texire-sala-biler
Oxunma sayı: 998

UEFA Millətlər Liqası turnirini təxirə sala bilər. “Qafqazinfo” xəbər verir ki, məsələ bu gün UEFA-ya üzv ölkələrin yerli federasiyalarının baş katiblərinin video-konfransında müzakirə olunacaq. 

Bugünkü konfransda yeganə müzakirə mövzusu Millətlər Liqasının gələcək taleyi olmasa da, əsas məsələ budu. Digər bir müzakirə mövzusu isə U-19 millilərinin oktyabra planlaşdırılan oyunlarının təxirə salınmasıdır.
 
“Böyük beşlik” ölkələrinin təmsilçiləri və onların dəstəkçiləri Millətlər Liqasının keçirilməməsini müdafiə edir. Səbəb isə böyük klubların daha çox oyun keçirməsi və futbolçuların maksimum yüklənməsidir.