Çempionlar Liqasının pley-off mərhələsinin “Yanq Boys”la (İsveçrə) keçirilən oyununda rəqib fubolçusuna təpik atan “Qalatasaray”ın qapıçısı Fernando Musleranın cəzası bəlli olub.
“Qafqazinfo” xəbər verir ki, UEFA uruqvaylı qolkiperi 3 oyunluq diskvalifikasiya edib.
Muslera qarşılaşmanın 87-ci dəqiqəsində qol vuran Alan Virjinyusa təpik vurub. Həmin epizoda görə 38 yaşlı qolkiper birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb.
Xatırladaq ki, “Yanq Boys”la hər iki oyunda uduzan (2:3, 0:1) “Qalatasaray” ÇL-lə vidalaşıb.