UEFA “Neftçi”ni 40 min avro cərimələdi

uefa-neftcini-40-min-avro-cerimeledi
Oxunma sayı: 1720

UEFA “Neftçi”ni cərimələyib.

"Qafqazinfo" klubun rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin avqustun 8-i “Bakcell Arena”da keçirilmiş “Neftçi” – “Bney Yehuda” oyununda (2:2) azarkeşlərin meydana kənar əşyalar tullaması olub.

Qurum bu səbəbdən paytaxt klubunu 40 min avro dəyərində cərimələyib. Avqustun 15-i “Ha Moşava” stadionunda baş tutmuş cavab matçında 1:2 hesabı ilə məğlub olan "ağ-qaralar" Avropa Liqasında mübarizəni dayandırmışdı.

"Neftçi" bu mövsüm Avropa Liqasındakı çıxışı ilə UEFA-dan 780 min avro mükafat almışdı.