UEFA “Neftçi”yə ödəniş etdi

uefa-neftciye-odenis-etdi
Oxunma sayı: 1873

UEFA “Neftçi” komandasına ödəniş edib.

“Qafqazinfo” xəbər verir ki, Avropa futbol qurumu UEFA Avropa Konfrans Liqasının təsnifat mərhələsində iştirakına görə “ağ-qaralar”a 650 000 avro vəsait ayırıb.

Məbləğ AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.

Qeyd edək ki, “Neftçi” Konfrans Liqasına I təsnifat mərhələsindən başlayıb. İlk raundda Kipr “Aris”ini keçən paytaxt təmsilçisi II mərhələdə Avstriyanın “Rapid” klubuna uduzub.