UEFA-nın baş katibi Rövnəq Abdullayevlə görüşdü

uefa-nin-bas-katibi-rovneq-abdullayevle-gorusdu
Oxunma sayı: 631

UEFA-nın baş katibi Teodor Teodoridis Bakıda 1 günlük işgüzar səfərdədir.

"Qafqazinfo" AFFA-ya istinadən xəbər verir ki, səfər çərçivəsində UEFA rəsmisi AFFA-nın prezidenti Rövnəq Abdullayevlə görüşüb.

Vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədovun iştirakı ilə keçirilmiş görüşdə Avro-2020-nin Bakıda təşkil olunacaq oyunlarına hazırlıqla bağlı görülən işlər barədə məlumat verilib, bu istiqamətdə ətraflı fikir mübadiləsi aparılıb.