UEFA-nın “Qarabağ” üçün ayırdığı vəsaitin miqdarı

uefa-nin-qarabag-ucun-ayirdigi-vesaitin-miqdari
Oxunma sayı: 1755


“Qafqazinfo” anspress-ə istinadən xəbər verir ki, bu barədə qurumun İcraiyyə Komitəsinin dünən keçirilən iclasında qərar qəbul edilib.

Qərara əsasən “Maliyyə Fair-Play”ına görə klublara verilən cəzalardan toplanan vəsaitin 80 faizi Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsində iştirak edən klublar arasında bərabər şəkildə bölünəcək. Bu zaman “Maliyyə Fair-Play”ına görə cəzalanmış klublara pay düşməyəcək.

Bu il eyni səbəbdən klublar 24 milyon avro cərimə edilib. Avrokubokların qrup mərhələsində iştirak edən 80 klubdan 7-si cəza aldığından cərimələrdən pay ala bilməyəcək. Qalan 73 klub isə 24 milyon avronun 80 faizini - 19 milyon 200 min avroya sahib çıxacaq. Hər klub təxminən 263 min avro alacaq. Onların arasında Avropa Liqasının qrup mərhələsində iştirak edən “Qarabağ” da var. Ağdam klubu indiyədək “Maliyyə Fair-Play”ına görə cəzalanmayıb.

Qalan 20 faiz - 4 milyon 800 min avro isə avrokuboklarda mübarizəni dayandırmış klublara veriləcək. 155 klub arasında bölünəcək bu məbləğdən hər birinə təxminən 30 min avro düşəcək.