UEFA ofsaydla bağlı yenilik gətirir

uefa-ofsaydla-bagli-yenilik-getirir
Oxunma sayı: 2693

UEFA 2020/2021 mövsümündən Avropa kuboklarında oyundankənar vəziyyətlərlə bağlı dəyişiklik etməyə qərar verib.

"Qafqazinfo" "Sky Sports"a istinadən xəbər verir ki, qurumun prezidenti Aleksandr Çeferin ofsayd epizodlarında xəttlərin qalın olacağını bildirib:

“Bir santimetr ofsayd deyil. VAR açıq-aşkar oyundankənar vəziyyət olduqda müdaxilə etməlidir. Buna görə xətləri daha qalın çəkmək lazımdır. Hakimlərlə müzakirə etməli çox mövzu var".

Sloveniyalı funksioner Avropa çempionatında bu yeniliyin tətbiq olunacağını deyib.