UEFA onları cəzalandırdı

uefa-onlari-cezalandirdi
Oxunma sayı: 1937

İspaniya millisinin yarımmüdafiəçisi Rodri və hücumçusu Alvaro Morata bir oyunluq cəzalandırılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə UEFA məlumat yayıb. 

Buna səbəb onların AVRO-2024-də qalib olduqları final görüşündən sonra qələbəni qeyd edərkən Cəbəllütariq dövləti haqqında siyasi xarakterli mahnı​ oxumasıdır.

UEFA bildirib ki, futbolçular davranış qaydalarını pozmaqda və idmançıya xas xarakter nümayiş etdirməməkdə təqsirli biliniblər. 

Belə ki, Morata və Rodri İspaniyanın Millətlər Liqasının ilk turunda sentyabrın 5-də Serbiya ilə keçiriləcək oyununu buraxacaq.

Xatırladaq ki, AVRO-2024-ün finalında İspaniya millisi İngiltərəni 2:1 hesabı ilə məğub edərək çempion adını qazanıb.