UEFA Putinin lehinə şüarlara görə “Fənərbağça”nı - Cəzalandırdı

UEFA Putinin lehinə şüarlara görə “Fənərbağça”nı
Oxunma sayı: 3419

Xəbər verdiyimiz kimi, “Fənərbağça” azarkeşlərindən biri Kiyev "Dinamo"su ilə matçda (1:2) buraxılan qoldan sonra Rusiya Prezidenti Vladimir Putinin lehinə şüarlar səsləndirib.

“Qafqazinfo” xəbər verir ki, hadisə ilə bağlı araşdırma başladan UEFA “Fənərbağça” klubunun cəzasını açıqlayıb.

UEFA-dan verilən açıqlamada Kiyev “Dinamo”sunun matçında baş verən hadisələrə görə, “Fənərbağça”nın 1 matçının qismən tamaşaçısız olması (minimum 5000 yer) və 50 min avro cərimə olunduğu bildirilib.