UEFA “Qarabağ” klubuna ödəniş etdi

uefa-qarabag-klubuna-odenis-etdi
Oxunma sayı: 3816

UEFA növbəti dəfə "Qarabağ" klubuna ödəniş edib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytında məlumat yayılıb.

Bildirilib ki, Avropa futbol qurumu ötən mövsüm Konfrans Liqasının pley-offunda iştiraka görə "köhlən atlar"a 27.943 (iyirmi yeddi min doqquz yüz qırx üç) avro maliyyə vəsaiti ayırıb.

Məbləğ milli assosiasiyanın vasitəçiliyi ilə Ağdam təmsilçisinin hesabına köçürülüb.