UEFA “Qarabağ”a razılıq vermədi

uefa-qarabaga-raziliq-vermedi
Oxunma sayı: 3631

“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki oyununun tarixi və məkanı müəyyənləşib.

“Qafqazinfo” UEFA-nın saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi növbəti turda da görüşünü Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək. Təmsilçimiz 20:00-da start götürəcək matçda “Şerif” (Moldova) – “Fola” (Lüksemburq) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov II təsnifat mərhələsindəki görüşün “Azersun Arena”da baş tutması üçün UEFA-ya müraciət etdiklərini açıqlamışdı.