UEFA “Qarabağ”ın futbolçusunu diskvalifikasiya etdi

uefa-qarabagin-futbolcusunu-diskvalifikasiya-etdi
Oxunma sayı: 6398

Avropa Liqasının qrup mərhələsini sonuncu turunda “Hekken”ə qarşı keçirilən qarşılaşmada qırmızı vərəqə alan “Qarabağ”ın müdafiəçisi Marko Veşoviçin cəzası müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, UEFA monteneqrolu müdafiəçini bir oyunluq diskvalifikasiya edib. Müdafiəçi Avropa Liqasının pley-off mərhələsində “Braqa”ya qarşı keçirilən oyunu buraxacaq.  

Qeyd edək ki, “Qarabağ” “Braqa” ilə ilk oyununu fevralın 15-də səfərdə, cavab matçını isə 22-də evdə keçirəcək.