Çempionlar Liqası və Avroliqanın 1/4 final mərhələsinin ilk oyunlarından sonra UEFA reytinqi açıqlanıb.
“Qafqazinfo” xəbər verir ki, yalnız ilk dördlükdə qərarlaşan ölkələr xal hesablarını artıra biliblər.
Reytinqdə ilk pilləni İspaniya tutur. Onun ardı ilə İngiltərə, İtaliya və Almaniya gəlir.
Azərbaycan cari mövsüm 4,375 xal qazanıb. Son 5 ilin nəticələrinə görə 19,125 xala malik ölkəmiz 23-cü yerdədir.
Rusiya 6-cı (53.182 xal) Türkiyə isə 10-cu (35.800 xal) pilləni tutub.
Son xəbərlər
Son Xəbərlər