UEFA Serbiya millisini cəzalandırdı

uefa-serbiya-millisini-cezalandirdi
Oxunma sayı: 775

UEFA Serbiya millisini iki oyunluq cəzalandırıb.

"Qafqazinfo" xəbər verir ki, buna yerli azarkeşlərin Portuqaliya oyunda irqçi şüarlar səsləndirməsi səbəb olub.

Serbiyaya verilən iki oyunluq cəzanın biri şərti xararter daşıyır və oxşar halın yaşanmaması üçün bir illik vaxt verilib. Beləliklə, komanda noyabrın 14-ü Lüksemburqu qəbul edəcəkləri matçı azarkeşsiz keçirəcək. Bundan başqa, ölkə futbol federasiyası 33 min avro cərimələnib.

Qeyd edək ki, Avro-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən görüşdə Serbiya millisi rəqibinə 2:4 hesabıyla uduzub.