UEFA Superkubokunun finalı Rusiyadan alındı

UEFA Superkubokunun finalı Rusiyadan alındı
Oxunma sayı: 3004

2023-cü ildə UEFA Superkuboku Rusiyada deyil, Yunanıstanda keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə qurumun rəsmi açıqlamasında bildirilir.

Bildirilib ki, oyun avqustun 16-da Afinanın “Georgios Karaiskakis” stadionunda keçiriləcək.

Qeyd edək ki, 2020-ci ilin mart ayından UEFA Superkuboku uğrunda oyunun Rusiyanın Kazan şəhərindəki “Ak Bars Arena”da keçirilməsi planlaşdırılırdı.