UEFA təminat verdi

uefa-teminat-verdi
Oxunma sayı: 971


“Qafqazinfo” xəbər verir ki, “Valensiya” fevralın 20-də  “Dinamo” Kievlə qarşılaşacaq. Lakin ispan klubu Ukraynaya gəlməyə bir o qədər də ürək etmir. Fevralın 18-dən etibarən Kievdə daha da qızışmağa başlayan siyasi iğtişaşlar “Valensiya”nı qorxutmağa başlayıb. Lakin UEFA ispan klubuna tam təhlükəsizlik barədə təminat verib. Ali futbol qurumu qonaq komandanın Kievdə olacağı müddətdə heç bir xoşagəlməz hadisənin baş verməyəcəyi barədə məlumat yayıb.


İqbal