“UEFA Trampa bənzəyir” - “Ayaks” rəsmisi

“UEFA Trampa bənzəyir”
Oxunma sayı: 1314

“Ayaks”ın idman direktoru Mark Overmars Niderland Futbol Federasiyası və UEFA-nı tənqid edib.

“Qafqazinfo” “Telegraaf”a istinadən xəbər verir ki, Niderland millisinin sabiq üzvü oyunları davam etdirmək istəyən qitə qurumu və ölkə federasiyasının insanların həyatını düşünmədiyini deyib:
 
“Niyə maliyyəni insanların sağlamlığından irəli qoyurlar? Həqiqətən də anlamıram. Federasiyanın müstəqil və başını dik tutacağını gözləsə də, UEFA-nın qərarını dəstəkləyib, arxasında gizləndilər. Biz yayım hüquqlarından o qədər də asılı deyilik. Böyük futbol ölkələri UEFA-ya təzyiq etdilər.
 
UEFA üçün bu, sərf edir, çünki Avropa kuboklarında milyonlarla avro itirməyəcəklər. Bir həftə əvvəl ABŞ prezidenti Donald Tramp iqtisadiyyatın koronavirusdan vacib olduğunu dedi. Sabahınız xeyir, cənablar! Niderlandda hər gün COVID-19-dan 100-ə yaxın insan ölür”.
 
Niderlandın baş naziri Mark Rutte ölkədə futbol qarşılaşmalarının iyunun 1-dək dayandırıldığını açıqlamışdı. UEFA həmin qərardan 1 gün sonra milli liqaları iyunun 30-dək bitirilməsini istəmişdi. Ancaq koronavirus pandemiyasının geniş yayılmasına görə UEFA ötən gün çempionatların avqustun 3-nə kimi başa çatdırılmasını istədi.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi