UEFA Türkiyəni cəzalandıracaq

uefa-turkiyeni-cezalandiracaq
Oxunma sayı: 1350

Fransada keçirilən Avropa Çempionatında Xorvatiyaya uduzan Türkiyə millisi daha bir pis xəbər alıb.

Qafqazinfo” xəbər verir ki, UEFA İntizam Komitəsi “ay ulduzlu” azarkeşlərin qaydaları pozmasına görə Türkiyə yığması haqqında araşdırmalara başlayıb.

Tribunalarda türk azarkeşlər tərəfindən yandırılan fakellər və meydana atılan əşyalara görə ölkə federasiyası cəza ala bilər. Bütün bunlara iyunun 21-də aydınlıq gələcək.

Amma təkcə Türkiyə cəzalanmayacaq. Xorvatiya millisi də azarkeşinin meydana girməsinə görə cəza alacaq.