UEFA yenə “Qarabağ”dan yazdı

uefa-yene-qarabagdan-yazdi
Oxunma sayı: 4936

UEFA-nın rəsmi saytı “Qarabağ”ın “Braqa" üzərindəki qələbəsindən (4:2) yazıb.

“Qafqazinfo” xəbər verir ki, yazıda Ağdam klubunun Portuqaliyadakı möhtəşəm qalibiyyətindən bəhs edilib.

Bildirilib ki, Bakıda keçirələcək cavab oyununda Ağdam təmsilçisinin görəcəyi çox iş var: “Qarabağ” tarixində ilk dəfə 1/8 final mərhələsinə yüksəlmək arzusundadır”.

Qitə futbol qurumu Qurban Qurbanovun fikirlərinə də yer verib: “Biz arxayın olmamalıyıq, cavab oyununa çox ciddi yanaşmalıyıq. “Braqa” kimi komandalar nəticəni çox tez öz xeyrinə çevirə bilər".