UEFA yeni turnir yaradır - Super Çempionlar Liqası

uefa-yeni-turnir-yaradir
Oxunma sayı: 2211

UEFA yeni klub turniri yarada bilər.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Avropa Klublar Birliyinin (ECA) prezidenti Andrea Anyelli məlumat verib. O, 2024-cü ildə UEFA ilə birlikdə Super Çempionlar Liqası turnirini yarada biləcəklərini söyləyib.

Super Çempionlar Liqasında 24 klub yarışacaq. Turnirin oyunlarının Çempionlar Liqası ilə üst-üstə düşməməsi üçün ayrı tarix nəzərdə tutulacaq.