“Ufak tefek”dəki dava səhnəsi necə çəkilib?

ufak-tefekdeki-dava-sehnesi-nece-cekilib
Oxunma sayı: 3855

Star TV-də yayımlanan məşhur “Ufak tefek cinayet”lər serialın sezon finalı Türkiyə KİV-lərində və sosial şəbəkələrə müzakirə mövzusuna çevirilib. 

“Qafqazinfo” xəbər verir ki, ən çox danışılan isə layihənin baş qəhrəmanlarının əlbəyaxa dava edən səhnə olub. “Posta” qəzeti Ekran işində 4 rəfiqənin Oya (Gökçe Bahadır), Mərvə (Aslıhan Gürbüz), Pelin (Bade İşçil),  Arzu (Tülin Özen) və Burcunun (Duyğu Sarışın) “müharibəsi” ilə bağlı yazı dərc edib. 

Məlum olub ki, digər obrazların qarşılaşması ilə yanaşı, Tülin Özen və Duyğu Sarışının davasında heç bir köməkçi aktrisadan istifadə olunmayıb. Həmin səhnə üçün iki gün idman zalı, iki gün isə səhnənin çəkildiyi vanna otağında məşqlər həyata keçirilib. 

Qarşılaşmanın xareoqrafı isə Uğur Yıldıran olub. Bir günə reallaşan çəkilişlərdə 3 kamera və aksiyon üçün tək mini kameradan istifadə olunub. 

Dava zamanı sınan bütün aksessuarlar isə zərər verməyən məhsullardan hazırlanıb və heç bir kəsmə funskiyası yoxdur.