“Ufak Tefek”in ulduzu albomundan nə qədər qazanıb?

ufak-tefekin-ulduzu-albomundan-ne-qeder-qazanib
Oxunma sayı: 1233

Sonuncu dəfə “Ufak Tefek Cinayetler”də rol alan aktrisa Gökçe Bahadır musiqi albomundan əldə etdiyi gəliri açıqlayıb.  “Qafqazifo” xəbər verir ki, ötən gün İstanbulda görüntülənən aktrisa satışdan 50 min TL qazandığını söyləyib.  

Gökçe qeyd edib ki, həmin məbləği 7-13 yaşlı uşaqların özlərini inkişaf etdirmək üçün yaradılan vəqfə bağışlayıb. 

Bundan əlavə, o, səhnəyə çıxış üçün 100 min TL tələb etməsi barədə yayılan iddialara reaksiya verib: “Məqsədim bu işdən pul qazanmaq, musiqi yolu ilə ticarət etmək deyil. Mahnı oxumaq xəyalımdır. Albomdan əldə etdiyim pulları vəqfə bağışlamağım buna sübutdur”.