Azərbaycan-Fransız Universitetinin (UFAZ) 5 tələbədən ibarət “NEXUS” komandası Fransanın Kann şəhərində keçirilən “ActInSpace” Kosmik texnologiyalar üzrə hakatonun beynəlxalq finalında qalib gəlib.
“Qafqazinfo” xəbər verir ki, tələbələrimiz həm hakatonun Qran-prisini, həm də Avropa İttifaqının Kosmik Proqramlar Agentliyinin xüsusi mükafatını qazanıblar.
UFAZ tələbələrinin qalib gəldiyi beynəlxalq yarışmaya 35 ölkə, 66 şəhərdən 2803 tələbə qatılıb.





Son xəbərlər
Son Xəbərlər