UFC-də ilk dəfə azərbaycanlı döyüşəcək - Debüt tarixi bəllidir

ufc-de-ilk-defe-azerbaycanli-doyusecek
Oxunma sayı: 4737

Azərbaycanlı döyüşçü Nəriman Abbasov dünyanın ən məşhur döyüş təşkilatı olan UFC ilə müqavilə imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, bu gün Bakıda keçirilən mətbuat konfransında idmançı özü bu barədə məlumat verib. Bununla da Nəriman Abbasov UFC bayrağı altında döyüşəcək ilk azərbaycanlı kimi tarixə düşüb.

Onun sözügedən turnirdəki debüt qarşılaşması bu il sentyabrın 6-da braziliyalı İsmael Bonfimə qarşı olacaq.

UFC döyüşləri sırasında Həbib Nurməhəmmədov və Konor Makqreqorun döyüşü  ilə uzun müddət gündəmi zəbt etmişdi.