Xəbər verdiyimiz kimi, Almaniyanın “BionTech” şirkətinin təsisçiləri, türkiyəli cütlük Uğur Şahin və Özlem Türeci iyunun 12-si məhkəmə qarşısına çıxmalı idilər.
“Qafqazinfo”nun “Reuters” agentliyinə istinadən məlumatına, dünən Hamburqda keçirilməsi planlaşdırılan məhkəmə təxirə salınıb.
Məlumata görə, buna səbəb şikayətçi tərəfin vəkilinin işə başqa hakimlər tərəfindən baxılması üçün vəsatət qaldırması olub. Qarşı tərəfin tələbinə baxılmasının bir neçə gün çəkə biləcəyi bildirilir. Məhkəmə prosesinin yeni tarixi isə hələ açıqlanmayıb.
Xatırladaq ki, “BionTech”in istehsal etdiyi koronavirus əleyhinə “Comirnaty” vaksinini vurduran şəxslər şirkəti məhkəməyə verib. Şikayətçilər iki hüquq şirkəti tərəfindən məhkəməyə müraciət ediblər və “BionTech”dən 1 milyon avroya qədər təzminat tələb edirlər. Sözügedən vaksini vurduranlar onun səhhətlərinə qalıcı və zərərli təsir yaratdığını iddia edirlər.
Son xəbərlər
Son Xəbərlər