Uhan sakini şəhərdəki vəziyyətdən danışdı - Video

Uhan sakini şəhərdəki vəziyyətdən danışdı
Oxunma sayı: 5694

Çin sakini Tagir İzmailov “RT”nin canlı yayımı zamanı koronavirusun ocağı sayılan Uhan şəhərindəki vəziyyətdən danışıb. “Qafqazinfo” bildirir ki, “Prekrasnaya Rossiya bu-bu-bu” verilişinə bağlanan İzmailov bunları deyib:

"Aprelin 8-dək hər kəsin metro və kafe xidmətindən istifadə etmək hüququ yoxdur. Mobil telefonunuzda karantin dövrünü xəstəliksiz keçdiyinizi, yəni təmiz olduğunuzu göstərən profaylı göstərmək tələb olunur".

Onun sözlərinə görə, şəhərdə heç kəs maskasız gəzmir. Sakin qeyd edib ki, meqapolisdə indiyədək buraxılış sistemi fəaliyyət göstərir.

"Yəni, əlbəttə ki, şəhər hələ tam açılmayıb, amma buna çox az qalıb – təxminən, bir həftə... Çin mentalitetinin xüsusiyyətləri, belə deyək, hökumətin xeyrinədir. Yalnız bu gün küçəyə çıxanda başa düşdüm ki, doğrudan da, nə qədər adam evində otururmuş”, - İzmailov əlavə edib.

Daha əvvəl Hubey əyalətinin Səhiyyə Komitəsi bildirib ki, martın 25-dən etibarən əyalətə giriş-çıxış məhdudiyyəti aradan qaldırılıb, istisna yalnız hələ ki, Uhan şəhəridir. Burada karantin rejimi aprelin 8-dək davam edəcək. Çinin Səhiyyə Məsələləri üzrə Dövləti Komitəsinin martın 29-da verdiyi açıqlamaya əsasən, ölkədə pandemiyanın yayılması dayandırılıb. Çində artıq infeksiyaya yoluxanların 93 %-dən çoxu sağalıb.

Qeyd edək ki, Çin hakimiyyəti 2019-cu il dekabrın 31-də Ümumdünya Səhiyyə Təşkilatını Uhanda naməlum pnevmoniyanın baş qaldırılması barədə məlumatlandırmışdı. Mütəxəssislər xəstəliyin yaranmasına daha sonra COVID-19 adını alacaq yeni koronavirusun səbəb olduğunu göstərmişdi. Ümümdünya Səhiyyə Təşkilatı martın 11-də yeni koronavirusu pandemiya elan edib. İndiyədək dünyada 820 mindən çox koronavirusa yoluxma halı qeydə alınıb, 40 mindən çox insan vəfat edib.  


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi