Uhanda daha 12 müvəqqəti xəstəxana açıldı

uhanda-daha-12-muveqqeti-xestexana-acildi
Oxunma sayı: 1656

Çinin Uhan şəhərində Covid-19 virusuna yoluxanlar üçün 12 yeni müvəqqəti xəstəxana açılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb. Bir neçə sosial müəssisə, stadion, idman kompleksləri və sərgi mərkəzləri xəstəxanaya çevrilib.

Qeyd edək ki, son məlumata görə, Çində 2004 nəfər koronavirusdan dünyasını dəyişib. Virusa yoluxanların sayı isə 74 mini ötüb.