Uhanda koronavirusdan ölü sayı 1290 nəfər artırıldı

uhanda-koronavirusdan-olu-sayi-1290-nefer-artirildi
Oxunma sayı: 3764

Yeni tip koronavirus (COVİD-19) epidemiyasının ortaya çıxdığı Çinin Hubey əyalətindəki Uhan şəhərində ölənlərin sayı 1290 nəfər artırılaraq 3,869-a çatıb.

“Qafqazinfo” Çinin “Xinhua” informasiya agentliyinə istinadən xəbər verir ki, Çində koronavirusdan ölənlərin qeydə alınmasında müəyyən axsaqlıqlar baş verdiyi üçün rəqəmlər yenidən hesablanaraq ölü sayına 1290 nəfər əlavə edilib.

Uhanın səhiyyə orqanlarının verdiyi açıqlamaya görə, evində ölən xəstələrin qeydiyyata alınmaması, tibb işçilərinin çatışmazlığı səbəbiylə natamam və ya səhv məlumatların ötürülməsi və həmçinin qurumlararası koordinasiyanın olmaması səbəbindən qeydə alınan ölü və yoluxma faktlarında təhriflərə yol verilib.

Rəqəmlərin düzəldilməsi ilə Çində koronavirusdan ölənlərin ümumi sayı 4,632-yə çatıb. Yoluxanların sayı isə 351 nəfər artırılaraq 82,692 olaraq düzəldilib.