Uhan müvəqqəti xəstəxanasının müdiri Lyu Çjimin koronavirusdan dünyasını dəyişib.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, Çjimin xəstəxananın koronavirusdan ölən ilk həkimi olub.
Qeyd edək ki, Çinin Hubey əyalətinin Uhan şəhərində yayılmağa başlayan koronavirusa qarşı mübarizə məqsədilə tikilən müvəqqəti xəstəxana fevralın 2-də təhvil verilmişdi.
Son xəbərlər
Son Xəbərlər