Uhandan çıxışa icazə verildi

uhandan-cixisa-icaze-verildi
Oxunma sayı: 1555

Çin hakimiyyəti koronavirus pandemiyasının ocağı sayılan və 76 gün dünyadan təcrid olunmuş vəziyyətdə qalan Uhandan çıxışa icazə verib. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “RİA Novosti” xəbər verib.

Aprelin 8-nə keçən gecə hakimiyyət yolları açıb və insanlara avtomobildə şəhərdən çıxışına icazə verib.

Qeyd edək ki, Uhan yanvarın 23-dən koronavirus səbəbindən faktiki olaraq dünyadan təcrid olunmuş vəziyyətdə idi. Şəhərə giriş-çıxış tamamilə dayandırılmışdı, metro, avtobus və bərələr fəaliyyət göstərmirdi.

Martın 28-dən Uhana giriş bərpa edilmişdi.