“Qafqazinfo” lenta.ru-ya istinadən xəbər verir ki, onu həyat yoldaşı Nik Qordon və ailənin dostu aşkar ediblər.
Bobbi Atlanta yaxınlığındakı Rozuell xəstəxanasına yerləşdirilib. Son məlumata görə, 21 yaşlı gənc qızda beyin şişi aşkarlanıb və o, süni komaya salınıb.
Onun yanına yalnız müğənni atası Bobbi Braunu və aktyor Tayler Perrini buraxıblar.
Qeyd edək ki, Bobbinin anası Uitni Hyuston 3 il bundan əvvəl-2012-ci ilin 11 fevralında vəfat edib. Qızı Bobbi onun ölümünü ağır keçirib, yaxınları hətta qızın intihar etmək həddində olduğunu da bildiriblər.
Bobbi Kristina Braun Hyustonun 20 milyonluq varidatının sahibidir.
Son xəbərlər
Son Xəbərlər