Ukrayna 12 hərbçi, 14 mülki vətəndaşı əsirlikdən qaytarıb

ukrayna-12-herbci-14-mulki-vetendasi-esirlikden-qaytarib
Oxunma sayı: 1580

Ukrayna Prezidenti Volodimir Zelenskinin əmri ilə üçüncü əsir dəyişikliyi reallaşıb.

"Qafqazinfo" xəbər verir ki, bu haqda Ukrayna baş nazirinin müavini İrina Vereşuk feysbuk hesabında yazıb:

"Bu gün Ukrayna Prezidenti Zelenskinin əmri ilə Rusiya və Ukrayna arasında üçüncü əsr dəyişikliyi baş tutub. Biri qadın zabit olmaqla 12 hərbçimiz vətənə qayıdır. Həmçinin 9-u qadın olmaqla 14 mülki vətəndaş da əsrlikdən azad edilib. Ümumilikdə 26 vətəndaşımız geri qaytarılıb".