Ukrayna 12 min Rusiya hərbçisinin öldürüldüyünü açıqladı

ukrayna-12-min-rusiya-herbcisinin-oldurulduyunu-aciqladi
Oxunma sayı: 2998

Ukraynada Rusiya ordusunun 12 mindən çox hərbçisi məhv edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya qüvvələri müharibə başlayandan bəri 474 texnika, 3 kater, 60 yanacaq maşını və 7 PUA itirib.

Qeyd olunub ki, ruslara məxsus 48 təyyarə, 80 helikopter, 303 tank, 1036 zirehli texnika, 120 artilleriya, 56 raket sistemi və 27 hava hücumundan müdafiə sistemi məhv edilib.