Ukrayna 16 qazpaylayıcı stansiyanı bağladı

ukrayna-16-qazpaylayici-stansiyani-bagladi
Oxunma sayı: 2639

Ukrayna Qaz Ötürmə Sisteminin operatoru altı regionda 16 təbii qazpaylayıcı stansiyanı bağlamalı olduqlarını açıqlayıb.

“Qafqazinfo”nun xəbərinə görə, bu barədə Ukraynanın Qaz Ötürmə Sistemi Operatoru (GTSOU) məlumat yayıb.

Bildirilib ki, Rusiyanın hücumları səbəbindən Kiyev, Xarkov, Nikolayev, Zaporojye, Donetsk və Luqansk şəhərlərində 16 təbii qaz paylama stansiyası bağlanıb.