Ukrayna 30-dan çox yaşayış məntəqəsini azad etdi - Yenilənib

ukrayna-30-dan-cox-yasayis-menteqesini-azad-etdi
Oxunma sayı: 5508

Ukrayna Silahlı Qüvvələri Xerson vilayətində 11 yaşayış məntəqəsini azad edib.

“Qafqazinfo” “Strana”ya istinadən xəbər verir ki, bu barədə məlumatı “Cənub” operativ komandanlığı yayıb.

Bildirilir ki, sözügedən ərazilər bunlardır: Novovorontsovka, Malaya Şesternya, Novoqriqorovka, Topolinoe, Knyazevka, Krasnovka, Svobodnoe, Kamenka, Priqorye, Koçubeevka, Orlovo.

***

Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahının məlumatına görə, ukraynalı hərbçilər son sutka ərzində 28 yaşayış məntəqəsini rusiyalı hərbçilərdən azad ediblər.

Sözügedən yaşayış məntəqələrinin əsas olaraq Kiyev və Çerniqov vilayətlərində yerləşdiyi bildirilir.