Ukrayna 325 hərbçisini itirib

ukrayna-325-herbcisini-itirib
Oxunma sayı: 780


“Qafqazinfo”nun “Azadlıq” radiosuna istinadən verdiyi məlumata görə, Ukrayna Milli Təhlükəsizlik Şurasının sözçüsü Andriy Lysenko deyib ki, Rusiyameylli separatçılarla aprelin 15-dən başlayan döyüşlərdə 1200-dən çox hərbçi yaralanıb.

Üsyançılar və mülki sakinlər arasında da yüzlərlə adamın öldüyü bildirilir.

BMT-nin hesablamalarına əsasən, Ukraynanın şərqində 230 mindən çox adam öz ev-eşiyini tərk edib. Onların 100 mininin Ukraynanın başqa regionlarına, digərlərinin Rusiyaya getdikləri bildirilir.