Ukrayna alova bürünür

ukrayna-alova-burunur
Oxunma sayı: 1904


Onun bildirdiyinə görə, yaralıları daşıyan maşının atəşə tutulması nəticəsində 35 nəfər ölüb, 15 nəfər isə yaralanıb.

"Separatçılar Donetsk vilayətində strateji körpülərdən birini nəzarət altında saxlayır. Körpüdə hərəkət edən bütün maşınları minomyotlar vasitəsilə vururlar. Ukrayna ordusunun "Vostok" batalyonuna məxsus maşını yaralıları daşıyarkən körpüdə vurulub. 35 nəfər ölüb, 15 nəfər yaralanıb", - Pavel Qubaryev bildirib.

Qeyd edək ki, mayın 25-də Ukraynada prezident seçkiləri keçirilsə də ölkənin cənub-şərqində döyüşlər davam edir. Bölgədən hər gün ölüm xəbərləri gəlir.

***

Mayın 27-nə keçən gecə Rusiya ərazisindən içərisində silahlı insanların olduğu yük avtomobilləri, minik avtomobilləri və mikroavtobuslardan ibarət karvan Ukraynanın dövlət sərhədini pozaraq bu ölkə ərazisinə daxil olub.

APA-nın UNİAN agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb.

 Dövlət Sərhəd Xidmətindən bildiriblər ki, gecə saat 03.40-da karvan dövlət sərhədini keçib. Ukrayna sərhədçiləri onları atəşlə qarşılayıb və döyüş başlayıb. Buna baxmayaraq, pozucuların bir hissəsi Luqansk vilayətinin Antrasit rayonu istiqamətində Ukraynanın içərilərinə daxil ola biliblər. 

 Sərhədçilər 1 mikroavtobus və 2 minik avtomobilini ələ keçiriblər. Avtomobillər “Kalaşnikov” avtomatları, RPQ (tank əleyhinə qumbara) və partlayıcı maddələrlə dolu olub.

 Bu olaydan əvvəl Ukrayna Dövlət Sərhəd Xidməti Donetsk vilayətindəki “Dmitrovka” sərhəd zastavasının əks tərəfində (Rusiya ərazisində) silahlı adamlarla dolu 40 “Kamaz” avtomobilinin cəmləşdiyi haqda məlumat yayıb.

Qeyd edək ki, Ukraynanın şərqində fəaliyyət göstərən silahlı separatçı qrupların tərkibində xeyli sayda Rusiya vətəndaşının olduğu bildirilir. Hətta onların arasında Ramzan Kadırovun göndərdiyi çeçenlərin də olduğu barədə məlumatlar var.