“Ukrayna anlamalıdır ki, tarixin təkrarlanmasından qaçmaq lazımdır”

ukrayna-anlamalidir-ki-tarixin-tekrarlanmasindan-qacmaq-lazimdir
Oxunma sayı: 4330

“Ukrayna tərəfi anlamalıdır ki, Minsk razılaşmaları ilə bağlı tarixin təkrarlanmasından qaçmaq lazımdır”.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya-Ukrayna arasında danışıqlardan bəhs edərkən deyib.

“Rusiya Ukrayna xalqına hörmətlə yanaşır və Ukrayna vətəndaşlarının maraqlarını pozmaq niyyətində deyil”, - deyə Lavrov söyləyib.