Ukrayna aviaşirkəti Kiyevdən Gəncəyə uçuşlar həyata keçirəcək

ukrayna-aviasirketi-kiyevden-genceye-ucuslar-heyata-kecirecek
Oxunma sayı: 1426

Ukraynanın “Bees Airline” aşağı büdcəli aviaşirkəti 2022-ci ilin yay naviqasiyasında Kiyevdən Gəncəyə uçuşlar həyata keçirməyi planlaşdırır.

“Qafqazinfo” “Avianews” portalına istinadən xəbər verir ki, bu barədə məlumatı şirkətin kommersiya direktoru Aleksandr Cicora açıqlayıb.

Şirkət hələ bilet satışına başlamasa da, artıq sözügedən istiqamət üzrə uçuşlara başlamaq üçün hazırlıq işləri görür.

“Bess Airline” Ukrayna Dövlət Aviasiya Xidmətindən Kiyevdən Gəncəyə həftədə iki dəfə müntəzəm uçuş həyata keçirmək hüququ əldə edib.