Ukrayna Avro-2020-nin pley-offunda

ukrayna-avro-2020-nin-pley-offunda
Oxunma sayı: 2846

Avro-2020-də C qrupunu 3 xalla 3-cü pillədə başa vuran Ukrayna millisinin Avro-2020-nin pley-off mərhələsinə yüksəlib.

"Qafqazinfo" xəbər verir ki, bu, E qrupunda Slovakiyanın İspaniyaya 0:5 hesabı ilə uduzmasından sonra rəsmiləşib.  Bu nəticədən sonra Ukrayna Slovakiyanı top fərqində qabaqlayıb. Bundan başqa, E qrupunda Polşa İsveçi  məğlub edə bilməyib. E qrupunun nəticələrinin ardından Ukrayna ən yaxşı qrup üçüncülərindən biri olaraq pley-offa vəsiqə qazanıb.

Xatırladaq ki, Avro-2020-nin 1/8 final mərhələsinə üçüncü yeri tutmuş dörd ən yaxşı komanda yüksəlir. Ukrayna ilə yanaşı, İsveçrə (A qrupu, 4 xal) və Çexiya (F qrupu, 4 xal) artıq növbəti mərhələyə yüksəlib.