Ukrayna Avropaya qaz tranzitini dayandırıb

ukrayna-avropaya-qaz-tranzitini-dayandirib
Oxunma sayı: 1510

Ukraynanın GTS operatoru Luqansk vilayətində Rusiya hərbçiləri tərəfindən ələ keçirilən "Soxranivka" GIS vasitəsilə qazın Avropaya tranzitini dayandırıb.

"Qafqazinfo” “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın GTS Operatorunun mətbuat xidməti məlumat yayıb. 

“Rusiya Ukraynaya qarşı hərbi təcavüzü nəticəsində bir sıra GTS obyektləri Rusiya qoşunlarının və işğal administrasiyasının nəzarətində olan ərazidə yerləşir. İndi OGTSU bu ərazilərdə yerləşən “Novopskov CS” və digər aktivlərə operativ və texnoloji nəzarəti həyata keçirə bilmir. Bu səbəbdən 11 may 2022-ci il saat 07:00-dan “Soxranivka” qovşağının fiziki nöqtəsində Ukraynanın GTS-nə qaz qəbul edilməyəcək", - məlumatda deyilir.