Ukrayna “Avroviziya” səhnəsindən kömək istədi - Video

Ukrayna “Avroviziya” səhnəsindən kömək istədi
Oxunma sayı: 2840

Ukraynanın “Kaluş” qrupu “Avroviziya” səhnəsindən Azovstal və Mariupolun müdafiəçilərinin xilasına kömək üçün müraciət edib.

“Qafqazinfo" UNİAN-a istinadən xəbər verir ki, qrup final çıxışından sonra, alqışlar zamanı qrup üzvlərindən biri səhnədən çağırış edib.

"Ukraynaya, Mariupola kömək edin! “Azovstal”a kömək edin! Elə indi!", - deyə müraciətdə bildirilib.